Şahmatçılarımız Daşkənddə keçirilən beynəlxalq turnirə qələbə ilə başlayıblar
Şahmatçılarımız Daşkənddə keçirilən Aqzamov memorialına qələbə ilə başlayıblar.

15-ci dəfə keçirilən yarışın güclü A turnirində birinci turda Azərbaycan şahmatçıları Misrətdin İsgəndərov, Məhəmməd Muradlı və Vüqar Manafov rəqiblərinə qalib gələrək aktivlərinə 1 xal yazdırıblar.

On turdan ibarət olan yarış İsveçrə sistemi üzrə keçirilir. Mayın 11-dək davam edəcək turnirdə 66 şahmatçı iştirak edir ki, onlardan 16-sı qrosmeysterlərdir.



Xəbər 246 dəfə oxundu.