Azərbaycan idmançıları Bolqarıstanda keçirilmiş savate idman növü üzrə yarışda uğur qazanıblar
Bolqarıstanın Plovdiv şəhərində savate idman növü üzrə “Savate world open & world combat cup” yarışı keçirilib.

16 ölkənin 600-ə yaxın idmançısının iştirak etdiyi yarışda savate üzrə milli komandamız ölkəmizi altı idmançı ilə təmsil edib. Komanda yarışa baş məşqçi Nağızadə Talehin rəhbərliyə ilə yollanıb.

Çəkilər üzrə birinci yeri Ağadədə Əliyev (75 kq), üçüncü yeri Vüqar Abbasov (70 kq), gənclərin yaş qrupunda birinci yeri Seymur Yusifov (70 kq), üçüncü yeri Riad Əliyev və Aysu Devrişova tutublar.

Tutu İsmayılova isə savate pro döyüşünün qalibi olub. O, təcrübəli İran idmançısı, Asiya oyunlarının gümüş mükafatçısı Şima Seyranpuru məğlub edərək yarışın kubokunu qazanıb.

Xəbər 503 dəfə oxundu.