Kriştiano Ronaldo dördüncü dəfə “Mançester Yunayted”in ən yaxşı oyunçusu seçilib
Kriştiano Ronaldo aprel ayında “Mançester Yunayted”in ən yaxşı oyunçusu seçilib.

Bu barədə klubun saytında məlumat verilib. Belə ki, 37 yaşlı portuqaliyalı ardıcıl ikinci dəfə “Mançester Yunayted”də ayın oyunçusu seçilib. Ümumilikdə, bu, forvardın cari mövsümdə dördüncü belə mükafatıdır.

Qeyd edək ki, Ronaldo 2021-ci ilin avqustundan bu klubda çıxış edir. Onun klubu ilə müqaviləsi 2023-cü ilədəkdir.

Bu mövsüm futbolçu komandanın heyətində 36 matçda 23 qol vurub və üç məhsuldar ötürmə edib.

Xəbər 255 dəfə oxundu.