Çağrıbey Yıldırım: Azərbaycanda yarışda iştirak etmək idmançılarımıza təcrübə qazandıracaq
Qardaş ölkə Azərbaycanda olduğumuza görə çox xoşbəxtik. Burada yarışda iştirak etmək bizi çox sevindirir. İnanırıq ki, hər şey qaydasında olacaq.

Bunu kanoe üzrə Türkiyə yığma komandasının məşqçisi Çağrıbey Yıldırım deyib.

“Mən idmançı kimi Azərbaycana çox gəlmişəm. Əsasən Mingəçevirdə olmuşam. Yenidən ölkənizə səfər etmək çox xoşdur. Azərbaycanda yarışda iştirak etmək idmançılarımıza təcrübə qazandıracaq”, - deyə Çağrıbey Yıldırım qeyd edib.

Xəbər 242 dəfə oxundu.