"Qəbələ"nin sabiq baş məşqçisi Yunanıstan klubu ilə müqavilə imzalayıb
"Qəbələ" futbol klubunun əvəzedici komandasının sabiq baş məşqçisi Darill Villard Yunanıstanın "Episkopi" komandasını çalışdıracaq.

39 yaşlı ingiltərəli mütəxəssislə birillik müqavilə imzalanıb. O, yeni vəzifəsində Yasminko Veliçi əvəzləyib.

Qeyd edək ki, D Villard 2010 - 2012-ci illərdə "Qəbələ"yə rəhbərlik edib. Kollektiv onun rəhbərliyi altında əvəzedicilərin çempionatında bürünc və gümüş medallara sahib olub.

Xəbər 266 dəfə oxundu.