Karateçilərimiz Çexiyada keçiriləcək Avropa çempionatına hazırlaşırlar
Karateçilərimiz iyunun 17-19-da Çexiyanın paytaxtı Praqada keçiriləcək Avropa çempionatında iştirak edəcəklər.

Yarışa 14-15 yaşlı yeniyetmələr, 16-17 və 18-21 yaşadək gənclərdən ibarət komandalarımız qatılacaqlar. Müxtəlif yaşlı milli komandanın üzvləri qitə çempionatına baş məşqçilər Anar Allahverdiyev (kumite) və Vahid Ayvazovun (kata), eləcə də böyük məşqçilər Seymur Xudaverdiyev, Nağı Mehdiyev, Şahin Atamov, Niyazi Əliyev və İsmayıl Quliyevin rəhbərliyi ilə hazırlaşırlar.

Xəbər 266 dəfə oxundu.