UEFA Çempionlar Liqasının ilk finalçısı müəyyənləşib | |
UEFA Çempionlar Liqasının ilk finalçısı müəyyənləşib. İngiltərənin "Liverpul" komandası UEFA Çempionlar Liqasında finala yüksəlib. Yurgen Kloppun baş məşqçi olduğu kollektiv yarımfinal mərhələsində İspaniya "Vilyarreal"ını üstələyib. Evdə 2:0 hesabı ilə qalib gəlmiş "qırmızılar" səfər oyununda əzmkar qələbəyə imza atıblar - 3:2. Hesabı artıq 3-cü dəqiqədə "Vilyarreal"ın hücumçusu Bulaye Dia açıb. Matçın 41-ci dəqiqəsində Fransis Koklin fərqi artırıb. Fasilədən sonra "Liverpul" dönüş etməyi bacarıb. Fabinyo 62-ci, Luis Dias 67-ci, Sadio Mane isə 74-cü dəqiqədə fərqlənib. "Liverpul"un ilk rəqibi İspaniyanın "Real Madrid" və İngiltərənin "Manşester Siti" komandaları arasında keçiriləcək digər yarımfinal görüşünün qalibi olacaq. |
|
Xəbər 528 dəfə oxundu. |
|
|