Azərbaycan Premyer Liqasında XXV tura start verilib
Mayın 3-də futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tura start verilib.

Açılış matçı Şamaxıda eyniadlı komanda ilə autsayder "Səbail" arasında olub. Şamaxı şəhər stadionundakı oyun qarşılıqlı hücumlar şəraitində keçsə də, qapılara qol vurulmayıb.

Bu nəticədən sonra xallarını 21-ə çatdıran əyalət təmsilçisi 6-cı pillədəki mövqeyini qoruyub. 15 xalı olan paytaxt klubu isə sonuncu - 8-ci sırada qərarlaşıb.

Qeyd edək ki, günün ikinci oyununda "Qarabağ" "Sabah" klubunu qəbul edəcək.

Tura mayın 4-də oynanılacaq "Zirə" - "Qəbələ" və "Sumqayıt" - "Neftçi" matçları ilə yekun vurulacaq.

Xəbər 274 dəfə oxundu.