“Qalatasaray”ın türk ulduzu “Barselona”ya keçə bilər
“Qalatasaray”ın türk ulduzu “Barselona”ya keçə bilər. Selcuk İnanın Kataloniya klubunun hədəfində olduğu barədə məlumatlar yayılıb.
Məlumata görə, “Barselona” oyun stili ilə 32 yaşını tamamlayan Xavini xatıraladan türk ulduza bu futbolçunun davamçısı kimi baxır. Hətta İspaniya klubunun nümayəndələri Selcukun oyununu izləmək üçün Hollandiya – Türkiyə matçına yollanacaq.
Qeyd edək ki, “Dardanelspor”, “Manisaspor” və “Trabzonspor”da oynadıqdan sonra ötən yay “Qalatasaray”a keçən Selcuk komandasının 2011-2012 mövsümündə vurduğu 76 qoldan 27-də birbaşa iştirak edib – 13 qol, 14 qol ötürməsi. O, xüsusən “Fənərbaxça” və “Beşiktaş” derbilərində vurduğu qollarla “Cim-Bom”a həyati əhəmiyyətli xallar qazandırıb.
Cərimə zərbələrindən vurduğu gözəl qollarla daim dünya mediasında özündən söz etdirən İnan bu yay “Sevilya”nın hədəfində idi.

Xəbər 870 dəfə oxundu.