Azərbaycanlı hakim Avropa çempionatının final oyununa təyinat alıb
AFFA-nın futzal üzrə əlaqələndiricisi Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən növbəti təyinat alıb.

O, UEFA U-17 Avropa çempionatı final mərhələsinin oyunlarında UEFA nümayəndəsi olacaq.

Həmyerlimiz qrup mərhələsinin 6, həmçinin dörddəbir, yarımfinal və final oyunlarında işbaşında olacaq.

Qeyd edək ki, futbol üzrə UEFA U-17 Avropa çempionatının final mərhələsi bu ilin mayın 16-dan iyunun 1-dək İsraildə təşkil olunacaq.

Xəbər 251 dəfə oxundu.