Avropa çempionatında uğurla çıxış etmiş Azərbaycan cüdoçuları Vətənə qayıdıblar
Sofiyada keçirilmiş Avropa çempionatında uğurla çıxış edən Azərbaycan cüdoçuları Vətənə qayıdıblar.

Heydər Əliyev Beynəlxalq Hava Limanında komandamızı Azərbaycan Cüdo Federasiyasının, Gənclər və İdman Nazirliyinin əməkdaşları, idman ictimaiyyətinin nümayəndələri, idmançıların yaxınları və cüdosevərlər qarşılayıblar.

Qeyd edək ki, cüdoçularımız qitə çempionatını 3 medalla başa vurublar. Belə ki, Hidayət Heydərov (73 kq) bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb. Rüstəm Orucov (73 kq) və Məmmədəli Mehdiyev (90 kq) bürünc medala sahib olublar.

Xəbər 255 dəfə oxundu.