Stolüstü tennisçilərimiz Türkiyədə təlim-məşq toplanışını davam etdirirlər
Stolüstü tennis üzrə milli komandamız Türkiyədə təlim-məşq toplanışını davam etdirir.

Türkiyənin Yalova şəhərində təşkil olunan hazırlıq prosesində Nəzakət Qarayeva, Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Mərziyyə Nurmətova, Emin Məmmədov, Vəzir Allahverdiyev, Nihad Məmmədov və Adil Əhmədzadə iştirak edirlər.

Komandanın böyük məşqçisi Fərhad İsmayılov və məşqçi Ramil Cəfərovun rəhbərliyi ilə keçən toplanış mayın 6-dək davam edəcək. Seçmə komanda hazırlıq proqramına əsasən, daha sonra digər toplanışlara qatılacaq.

Qeyd edək ki, təlim-məşq toplanışının təşkilində əsas məqsəd komandamızın İslam Həmrəyliyi Oyunlarına hazırlığının təmin edilməsidir.

Xatırladaq ki, növbəti oyunlar avqustun 9-18-də Türkiyənin Konya şəhərində təşkil olunacaq.

Xəbər 290 dəfə oxundu.