Azərbaycan voleybolçusu Cənubi Koreya klubunun transfer siyahısına düşüb
Qadın voleybolçular arasında Cənubi Koreya çempionatının yeni mövsümü ərəfəsində draftın birinci mərhələsi başa çatıb.

Azərbaycan millisinin voleybolçusu Anastasiya Qurbanova da seçilən oyunçular arasında yer alıb.

O, dördüncü seçim haqqına malik “Altos”un transfer siyahısına düşüb. Otuz üç yaşlı milliləşən legioner hazırda Qazaxıstanın “Jetisu” klubunun formasını geyinir.

Qeyd edək ki, voleybolçu 2012-ci ildən yığmamızın şərəfini qoruyur.

Xəbər 292 dəfə oxundu.