“Qarabağ”ın sabiq futbolçusu karyerasını yenidən Çində davam etdirəcək
“Qarabağ”ın sabiq futbolçusu Dino Ndlovunun Çinin Superliqa təmsilçisi “Çançun Yatay” klubuna keçidi rəsmiləşib.

Çin klubunun mətbuat xidməti afrikalı hücumçunun transferini açıqlayıb. Otuz iki yaşlı oyunçu da instaqram səhifəsində transferi ilə bağlı paylaşım edib.

Qeyd edək ki, Ndlovu 2018-ci ilin yanvarında “Qarabağ”dan Çinin İkinci liqa klubu “Çjetsyaz” klubuna keçib. O, ötən yay Türkiyə Birinci liqa təmsilçisi “Kocaelispor”a transfer olunub. Bu komandada 15 oyuna 9 qol vurub, 1 qolun isə ötürməsini edib. Ndlovu bu ilin martından Türkiyə təilçisindən ayrılıb.

Xəbər 261 dəfə oxundu.