“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov beynəlxalq reytinq cədvəlində irəliləyib
Dünyanın ən yaxşı baş məşqçilərinin aprel ayı üçün son reytinq cədvəli açıqlanıb.

Aktiv fəaliyyətdə olan 500 ən yaxşı mütəxəssis arasında Azərbaycanı yalnız bir çalışdırıcı təmsil edib. Bu, Ağdamın “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanovdur. Əlli yaşlı mütəxəssis ötən reytinqlə müqayisədə irəliləyib.

Q.Qurbanovun hesabında 1589 xal var. Ötən siyahıda 228-ci olan Q.Qurbanov 227-ci yerə yüksəlməyi bacarıb.

Qeyd edək ki, siyahıya Pep Qvardiola (2201) başçılıq edir. Onu Yurgen Klopp (2126) və Joze Mourinyo (2079) izləyir.

Xəbər 268 dəfə oxundu.