İngiltərə Premyer Liqası: "Liverpul" və "Mançester Siti" səfərdə qələbə qazanıblar
Aprelin 30-da İngiltərə Premyer Liqasında 34-cü turun oyunlarına start verilib.

Cempionluğa iddialı "Mançester Siti" (83 xal) və "Liverpul" (82) növbəti qələbələrini qazanıblar.

Birincilər "Lids Yunayted"i (4:0), ikincilər isə "Nyukasl Yunayted"i məğlub ediblər (1:0).

Gecənin digər görüşlərində aşağıdakı hesablar qeydə alınıb:

"Aston Villa" - "Norviç Siti" - 2:0;

"Sauthempton" - "Kristal Palas" - 1:2;

"Vatford" - "Börnli" - 1:2;

"Volverhempton" - "Börnli" - 1:2.

Xəbər 401 dəfə oxundu.