"Trabzonspor" klubu Türkiyə çempionu olub
Futbol üzrə Türkiyə Super Liqasının 35-ci turu çərçivəsində "Trabzonspor" və "Antalyaspor" komandaları qarşılaşıb.

Oyun 2:2 hesabı ilə başa çatıb. Meydan sahiblərinin qollarını Andres Kornelius (3), Dorukhan Toköz (62), “Antalyaspor” klubunun qollarını isə Alassan Ndao (51) və Haci Rayt (80) vurublar.

Bununla da “Trabzonspor” klubu lazım olan bir xalı təmin edərək Türkiyə çempionluğunu qazana bilib.

Xəbər 294 dəfə oxundu.