"Qarabağ” Azərbaycan kuboku yarışlarının ev oyunlarında 20-ci böyük hesablı qələbəsini qazanıb
"Qarabağ” Azərbaycan kuboku yarışlarında ev oyunlarında 20-ci böyük hesablı qələbəsini qazanıb. Bu, yarımfinalın “Qəbələ” ilə cavab matçına təsadüf edib.

5:0 hesabı ilə qalib gələn Ağdam klubu tarixinin yubiley qələbəsini rəsmiləşdirib.

Ölkə kuboku yarışlarında 1993-cü ildə debüt edən “Qarabağ” evdə ilk böyük hesablı qələbəsini də həmin mövsümdə qazanıb. Ağdam təmsilçisi 1/16 finalda “Şəmkir”i də 5 cavabsız qolla üstələyib.

Qeyd edək ki, “Qarabağ” kubok yarışlarında qazanılan böyük hesablı ev qələbələrinə görə rekordçudur.

Xəbər 264 dəfə oxundu.