“Real Madrid” 35-ci dəfə İspaniya çempionatının qalibi adını qazanıb
Aprelin 30-da “Real Madrid” komandası La Liqada 35-ci çempionluğunu rəsmiləşdirib.

Cempionatın 34-cü turunda doğma meydanda “Espanyol” komandasını 4:0 hesabı ilə darmadağın edən madridlilər xal ehtiyatını 81-ə çatdırıblar. İkinci sıradakı “Sevilya”nın 64, bir oyun az keçirən “Barselona”nın isə 63 xalı olduğundan “Real Madrid” sona dörd tur qalmış çempionluğu elan edib.

Görüşdə madridlilərin qollarının Rodriqo (33, 43), Marko Asensio (55) və Kərim Benzema (81) vurublar.

Xəbər 288 dəfə oxundu.