Ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən minifutbol çempionatının finalçıları müəyyənləşib
Ali təhsil müəssisələrinin tələbələri arasında ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş minifutbol çempionatında finalçılar müəyyənləşib.

Cempionatda Bakı Dövlət Universiteti, eləcə də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandaları qələbə qazanaraq finala yüksəliblər.

Final oyunu mayın 7-də təşkil olunacaq. Həmin gün həm də üçüncü yer uğrunda qarşılaşma keçiriləcək. Bürünc medal uğrunda Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə Azərbaycan Memarlıq və İnşaat Mühəndisliyi Universitetlərinin komandaları mübarizə aparacaqlar.

Qeyd edək ki, turnirə ümumilikdə 16 komanda qatılıb.

Yarış Təhsil Nazirliyi, Azad Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyi və “Azfar Group”un təşkilatçılığı ilə keçirilir.

Çempionatın təşkilində məqsəd ümummilli lider Heydər Əliyev irsinin gənclərə aşılanması, ali təhsil müəssisələrinin tələbələri arasında futbolun kütləviliyinin təmin edilməsi, respublikanın tələbələrdən ibarət yığma komandasının müəyyənləşdirilməsi, yeniyetmə və gənclərdən ibarət yığma komandalara perspektivli tələbə futbolçuların seçilməsidir.

Xəbər 432 dəfə oxundu.