Cüdoçumuz Hidayət Heydərov Avropa çempionatının qalibi olub
Bolqarıstanın Sofiya şəhərində keçirilən Avropa çempionatında Hidayət Heydərov uğurla çıxış edərək yarışın qalibi olub.

73 kiloqram çəki dərəcəsində yarışan cüdoçumuz finalda Giovannı Espositonu məğlub edərək qızıl medala layiq görülüb. Bu, Hidayət Heydərovun builki nüfuzlu yarışlarda qazandığı ikinci qələbəsidir. Belə ki, cüdoçumuz Təl-Əvivdə fevralda keçirilmiş “Böyük dəbilqə” turnirinin də qalibi olub.

Qeyd edək ki, bundan əvvəl eyni çəki dərəcəsində çıxış edən komandamızın digər üzvü Rüstəm Orucov isə bürünc medal əldə edib.

Xatırladaq ki, mayın 1-dək davam edəcək yarışda Azərbaycanın, ümumilikdə 11 cüdoçusu iştirak edir.

Xəbər 307 dəfə oxundu.