Azad Rəhimovun vəfatının ildönümündə məzarı ziyarət edilib
Bu gün tanınmış ictimai-siyasi xadim, sabiq gənclər və idman naziri Azad Rəhimovun vəfatından bir il ötür. Bu münasibətlə, Gənclər və İdman Nazirliyinin rəhbərliyi və kollektivi 2-ci Fəxri Xiyabanda mərhumun məzarını ziyarət ediblər. Məzarı önünə əklil və gül dəstələri qoyulub, xatirəsi yad edilib.

2006-2021-ci illərdə Azərbaycan Respublikasının gənclər və idman naziri, Milli Olimpiya Komitəsinin vitse-prezidenti vəzifələrində çalışıb.

A.Rəhimov 2021-ci il aprelin 30-da ömrünün 57-ci ilində vəfat edib.



Allah rəhmət eləsin!

Xəbər 1257 dəfə oxundu.