“Qəbələ” ilə oyun “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olub
Futbol üzrə Azərbaycan kuboku yarışlarının yarımfinal mərhələsinin “Qəbələ” ilə cavab oyunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olub.

50 yaşlı mütəxəssis Ağdam klubunu ölkə kuboku yarışlarında 60-cı matça çıxarıb.

2008-ci ildən bu komandaya rəhbərlik edən çalışdırıcının yetirmələri 39-cu qələbəsini 5 cavabsız qolla qazanıb. “Qarabağ” Q.Qurbanovun rəhbərliyi altında 15 heç-heçə edib və 6 dəfə uduzub. Bu qarşılaşmalarda ağdamlılar 111 qol vurub, 30-nu buraxıb.

Xəbər 270 dəfə oxundu.