Avropa çempionatı: Cüdoçumuz qızıl medal uğrunda mübarizə aparacaq
Bolqarıstanın paytaxtı Sofiyada cüdo üzrə Avropa çempionatı davam edir.

Qitə yarışının ikinci günündə 73 kiloqram çəki dərəcəsində yarışan cüdoçumuz Hidayət Heydərov uğurla çıxış edərək finala vəsiqə qazanıb. Belə ki, ilk görüşlərində rəqiblərini mübarizədən kənarlaşdırdıqdan sonra yarımfinalda Mark Xristovu (Bolqarıstan) da məğlub edən cüdoçumuz finala yüksəlib.

Eyni çəki dərəcəsində komandamızın digər üzvü Rüstəm Orucov bürünc medal uğrunda təsəlliverici qarşılaşmada Aleksandru Rayku (Rumıniya) üzərində qələbə qazanaraq üçüncü yer uğrunda görüşə vəsiqə əldə edib.

Qeyd edək ki, mayın 1-dək davam edəcək yarışda Azərbaycanın, ümumilikdə 11 cüdoçusu iştirak edir.

Turnirə 40 ölkədən 300-dən çox idmançı qatılıb.

Xəbər 258 dəfə oxundu.