“Şerif” klubu tarixində 20-ci dəfə Moldova çempionu olub
Futbol üzrə Moldova çempionatında 2021/2022-ci il mövsümünün qalibi müəyyənləşib.

“Şerif” 26-cı turda səfərdə “Dinamo-Avto”nu 3:0 hesabı ilə məğlub etməklə qızıl medallara sahib olub.

Bu qələbədən sonra xallarını 66-ya çatdıran Tiraspol təmsilçisi sona 2 tur qalmış ən yaxın izləyicisi “Petrokub”u 10 xal qabaqlayıb.
Bu, “Şerif”in tarixində 20-ci ölkə çempionluğudur.

Xəbər 264 dəfə oxundu.