Azərbaycan kubokunun ikinci finalçısı müəyyənləşib
Aprelin 29-da futbol üzrə Azərbaycan Kubokunda digər finalçının adı məlum olub.

Yarımfinal mərhələsinin cavab oyununda səfərdə “Neftçi”ni məğlub edən “Zirə” həlledici qarşılaşmada “Qarabağ”ın rəqibi olacaq.

Matçın əsas və əlavə vaxtında hesab açılmadığından, qalib penaltilər seriyasında müəyyənləşib. Bu zaman “Zirə” daha dəqiq (4:2) oynayaraq, tarixində ilk dəfə finala adlayıb.

“Ağ-qaralar”dan Emin Mahmudov, Tiaqo Bezerra, “qartallar”dan Hamidu Keyta, Təmkin Xəlilzadə, Qismət Alıyev və Davit Volkov fərqləniblər.

“Neftçi”dən Eddi İsrafilov və Gilyerme Pato isə 11 metrlik cərimə zərbəsindən yararlana bilməyib.

Komandalar arasındakı ilk matçda qapılara qol vurulmayıb.

Qeyd edək ki, Azərbaycan Kubokunun həlledici görüşü mayın 27-də olacaq.

Xəbər 261 dəfə oxundu.