Azərbaycan Xüsusi Olimpiya Komitəsinin təşkil etdiyi silsilə tədbirlər başa çatıb
Azərbaycan Xüsusi Olimpiya Komitəsinin təşkil etdiyi silsilə tədbirlərə yekun vurulub.

Cari il aprelin 20-dən Respublika Olimpiya Mərkəzində atletika yarışları ilə startı verilən silsilə tədbirlər ayın 22-də futbol, 25-də isə stolüstü tennis yarışları ilə davam edib. Bakı İdman Sarayının konfrans zalında keçirilən seminar ilə isə silsilə tədbirlərə yekun vurulub.

Metodiki hissədə təlimçi Nicat Mehralıyev iştirakçılara "Liderlik nədir və həqiqi lider necə olmalıdır?" mövzusunda seminar keçirib. Tədbirdə liderlik barədə həm nəzəri biliklər aşılanıb, həm də simulyasiya oyunu keçirilərək iştirakçıların xüsusi keyfiyyətləri və bacarıqları üzə çıxarılıb.

Ümumilikdə, seminar iştirakçılarının böyük marağına səbəb olan təlimdə suallar cavablandırılıb. Sonda isə xatirə şəkli çəkdirilib.

Xəbər 478 dəfə oxundu.