Ukrayna milli komandasının yoxlama görüşlərindəki ilk rəqibi bəlli olub
Futbol üzrə Ukrayna milli komandasının yoxlama görüşlərindəki ilk rəqibi bəlli olub.

Aleksandr Petrakovun baş məşqçi olduğu komanda dünya çempionatının pley-off mərhələsinə hazırlıq məqsədilə Dortmund “Borussiya”sı ilə üz-üzə gələcək.

Almaniyada baş tutacaq qarşılaşma mayın 11-də keçiriləcək.

Ukrayna millisi mayın 31-də və ya iyunun 1-də pley-off mərhələsinin yarımfinalında Şotlandiya yığması ilə üz-üzə gələcək. Komanda qələbə qazanacağı təqdirdə, iyunun 5-də Uelslə görüşəcək. Məhz həmin görüşdə qalib gələcək komanda dünya çempionatının final mərhələsinə vəsiqə qazanacaq.

Xəbər 277 dəfə oxundu.