Türkiyə Super Liqasının 2022/2023-cü il mövsümünün start tarixi müəyyənləşib
Futbol üzrə Türkiyə Super Liqasının 2022/2023-cü il mövsümünün start tarixi müəyyənləşib.

Türkiyə Futbol Federasiyası Super Liqa ilə yanaşı, Birinci, İkinci və Üçüncü liqalarda yeni mövsümün başlama vaxtını açıqlayıb.

Super Liqa və Birinci liqada yeni mövsüm avqustun 5-8-də keçiriləcək ilk turun matçları ilə start götürəcək. 2023-cü il mayın 28-də isə mövsümə yekun vurulacaq.

Xəbər 492 dəfə oxundu.