Futbol üzrə Avstriya millisinin baş məşqçisi müəyyənləşib
“Mançester Yunayted”in çalışdırıcısı Ralf Ranqnik futbol üzrə Avstriya millisinə baş məşqçi təyin edilib.

63 yaşlı mütəxəssis bu mövsümün sonunadək İngiltərə təmsilçisini çalışdırmağa davam edəcək və mayın sonunda millini Millətlər Liqası oyunlarına hazırlamaq üçün vəzifəsinə başlayacaq.

R.Ranqniklə imzalanan müqavilə ikiillikdir. Ancaq Avstriya “Avro-2024”ün final mərhələsinə yüksələrsə, müqavilə avtomatik olaraq 2026-cı ilə qədər uzadılacaq.

Xatırladaq ki, “Mançester Yunayted”i yeni mövsümdən “Ayaks”ın baş məşqçisi Erik Ten Haq çalışdıracaq.

Xəbər 277 dəfə oxundu.