Cüdoçularımız Avropa çempionatında bürünc medal uğrunda mübarizə aparacaqlar
Bolqarıstanın Sofiya şəhərində cüdo üzrə Avropa çempionatı davam edir.

Qitə yarışının birinci günündə Azərbaycanın 4 kişi cüdoçusu tatamiyə çıxıb. Onlardan Balabəy Ağayev (60 kq) və Yaşar Nəcəfov (66 kq) bürünc medal görüşünə vəsiqə əldə ediblər. B.Ağayev medal uğrunda görüşdə belçikalı Jorre Verstraeten, Y.Nəcəfov isə italiyalı Elios Manzi ilə üz-üzə gələcək.

Qeyd edək ki, mayın 1-dək davam edəcək yarışda Azərbaycanın, ümumilikdə 11 cüdoçusu iştirak edir.

Turnirə 40 ölkədən 300-dən çox idmançı qatılıb.

Xəbər 284 dəfə oxundu.