Şahmatçımız Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində seans keçirəcək
Şahmatçımız Nicat Abasov aprelin 30-da Vyanada yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində seans keçirəcək.

Seansda 2000-ə yaxın reytinq əmsalı olan yerli şahmatçılar iştirak edəcəklər.

Mayın 1-də isə Azərbaycan yığma komandasının üzvü eyni məkanda Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Avstriyada yaşayan soydaşlarımız, o cümlədən şahmatla maraqlanan uşaqlar və yeniyetmələrlə görüşəcək.

Tədbirin keçirilməsində əsas məqsəd Avstriya və Azərbaycan şahmatçıları arasında əlaqələrin inkişaf etdirilməsidir.

Xəbər 232 dəfə oxundu.