“Qarabağ”ın futbolçusu Riçard Almeyda özünə yeni klub axtarır
Ağdamın “Qarabağ” klubunun futbolçusu Riçard Almeyda özünə yeni komanda axtarır.

Yayda Ağdam təmsilçisi ilə müqaviləsi başa çatacaq yarımmüdafiəçi hələ də klubdan yeni təklif almamasına görə narahatdır.

Otuz üç yaşlı braziliyalı menecerlərindən ona yeni komanda tapmalarını istəyib.

Almeyda cari mövsüm “Qarabağ”da 19 oyunda meydana çıxıb.

Xəbər 293 dəfə oxundu.