Şahmatçımız Teymur Rəcəbovun iddiaçılar turnirindəki görüşlərinin təqvimi açıqlanıb
Azərbaycan şahmatçısı Teymur Rəcəbovun iddiaçılar turnirindəki görüşlərinin təqvimi açıqlanıb.

Qrosmeysterimizin iki tur – iyunun 22-də keçirilən 5-ci və iyulun 1-də təşkil ediləcək 12-ci turlar istisna olmaqla, digər görüşlərdə rəqibləri müəyyənləşib. Belə ki, iyunun 1-də ağ fiqurlarla Fransa təmsilçisi Alireza Firuzcaya qarşı onayacaq şahmatçımız, sonrakı görüşlərində - iyunun 17-də Hikaru Nakamura (ABŞ), 19-da Yan Nepomnyaşi (FIDE), 21-də Yan-Kşiştof Duda (Polşa), 23-də Riçard Rapport (Macarıstan), 25-də Fabiano Karuana (ABŞ), 26-da A.Firuzca, ertəsi gün H.Nakamura, 29-da Y.Nepomnyaşi, 30-da Y.Duda, iyulun 3-də F.Karuana, nəhayət ertəsi gün Riçard Rapport (Macarıstan) ilə qarşılaşacaq.

Qeyd edək ki, iddiaçılar turniri iyunun 16-dan iyulun 7-dək İspaniyanın paytaxtı Madriddə təşkil olunacaq. Yarışın qalibi şahmat tacı uğrunda görüşdə norveçli dünya çempionu Maqnus Karlsenlə qarşılaşacaq.

Xəbər 264 dəfə oxundu.