“Şamaxı”nın futbolçu növbəti mövsüm Türkiyədə çıxış edə bilər
“Şamaxı”da çıxış edən, müqavilə ilə “Neftçi”yə məxsus olan Rəhman Hacıyev növbəti mövsümə yeni komandada başlaya bilər.

Yarımmüdafiəçiyə bir çox klub maraq göstərir. R.Hacıyev Türkiyə Birinci liqasında mübarizə aparan "Boluspor"la yanaşı, bir neçə komandanın transfer siyahısında yer alıb. Xarici klublarla yanaşı, Azərbaycan Premyer Liqası klubları da yarımmüdafiəçini heyətində görmək istəyir. Onların arasında “Qəbələ” və “Sabah”ın da adı var.

Futbolçunun karyerası ilə bağlı məsələ yayda dəqiqləşəcək.

Xəbər 261 dəfə oxundu.