Şahmatçımız Vasif Durarbəyli “Kapablanka memorialı”nda ikinci yeri tutub
Kubanın paytaxtı Havanada 55-ci dəfə təşkil edilən şahmat üzrə ənənəvi “Kapablanka memorialı” başa çatıb.

Yarışın əsas turnirində iştirak edən qrosmeysterimiz Vasif Durarbəyli uğurla çıxış edərək ikinci yeri tutub. Şahmatçımızın 9-cu turda hindistanlı Surya Şexar Ganguli üzərində qələbəsi həlledici rol oynayıb. Belə ki, son turdan əvvəl 4-cü sırada olan V.Durarbəyli aktivinə 1 xal əlavə etməklə xalların sayını 4-ə çatdırıb və ikinci pilləyə yüksəlib.

Turnirin qalibi 5 xalla ABŞ təmsilçisi Hans Moke Niemann olub.

Qeyd edək ki, yarışda Kuba və Azərbaycanla yanaşı, ABŞ, Argentina, Hindistan və Türkiyədən 10 şahmatçı iştirak edib.

Xəbər 252 dəfə oxundu.