Beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli yeni təyinat alıb
Beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli yeni təyinat alıb.

E.Səmədli qadın futbolçulardan ibarət komandalar arasında futzal üzrə Avropa çempionatının ilkin seçmə mərhələsinin C qrupunda keçiriləcək oyunlarda iştirak edəcək.

Bu qrupda Sloveniya, Qazaxıstan, Bosniya və Herseqovina və Litva milli komandaları mübarizə aparacaqlar.

Oyunlar may 11-dən 14-dək Litvada təşkil olunacaq.

Xəbər 399 dəfə oxundu.