Futbolçumuz Namiq Ələskərov Türkiyədə klubunu dəyişə bilər
Millimizin futbolçusu Namiq Ələskərov Türkiyədə klubunu dəyişə bilər.

“Sivasspor” klubu “Bursaspor”da çıxış edən yarımmüdafiəçi ilə maraqlanır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Sivas təmsilçisinin baş məşqçisi Rıza Çalımbay N.Ələskərovu komandasında görmək istəyir.

Xəbərdə “Sivasspor”la yanaşı, Super Liqanın daha bir neçə klubunun futbolçu ilə maraqlandığı bildirilib.

İyirmi yeddi yaşlı oyunçu bu mövsüm “Bursaspor”un heyətində 33 oyunda 8 qol vurub, 6 məhsuldar ötürmə edib.

Xəbər 265 dəfə oxundu.