Foqts sabah kimlərlə görüşəcək?
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun mətbuat konfransı keçiriləcək. İdman.com.az saytının məlumatına görə, almaniyalı mütəxəssis DÇ-2014-ün seçmə mərhələsinin sentyabrın 7-də İsrail və 11-də Portuqaliya ilə oyunları ərəfəsində media nümayəndələri önünə çıxacaq.

Sentyabrın 6-da baş tutacaq tədbir “Sheraton Baku Airport Hotel”də keçiriləcək. Konfrans saat 12:00-da başlayacaq.

Mətbuat konfransında iştirak etmək istəyən KİV nümayəndələri üçün AFFA tərəfindən avtomobil ayrılacaq. Avtomobil yalnız qeydiyyatdan keçmiş KİV nümayəndələrinin sayına uyğun olaraq ayrılacaq.

Xəbər 913 dəfə oxundu.