UEFA Avropa Liqasının yarımfinal mərhələsinə start verilib
UEFA Avropa Liqasında yarımfinal mərhələsinə start verilib.

Turnirin favoritlərindən Almaniyanın "Leyptsiq" klubu doğma meydanda Şotlandiyanın "Qlazqo Reyncers" komandasını qəbul edib. "Red Bull Arena"dakı görüşün taleyini 1 qol həll edib.

Matçın 85-ci dəqiqəsində fərqlənən Anxelinyo meydan sahiblərinə qələbə qazandırıb.

Gecənin digər qarşılaşmasında İngiltərənin "Vest Hem Yunayted" klubu eyniadlı stadionda Almaniyanın "Ayntraxt" komandasını sınağa çəkib. Oyun qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. İlk qolu 1-ci dəqiqədə Frankfurt təmsilçisindən Ansqar Knauff vurub. Oyunun 21-ci dəqiqəsində meydan sahiblərindən Maykl Antonio hesabı bərabərləşdirib. Son nöqtəni isə 54-cü dəqiqədə "Ayntraxt"dan Daiti Kamada qoyub.

Xəbər 261 dəfə oxundu.