Azərbaycan şahmatçısı Teymur Rəcəbovun iddiaçılar turnirində ilk görüşündəki rəqibi müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində Beynəlxalq Şahmat Federasiyasının rəhbər heyətinin toplantısı keçirilir.

Görüşdə ali şahmat qurumunun məsul şəxsləri, o cümlədən qitələr üzrə federasiya rəhbərləri iştirak edirlər.

Toplantıda şahmat üzrə iddiaçılar turnirinin püşkatma mərasimi keçirilib. Mötəbər mərasimdə ölkəmizi Azərbaycan Şahmat Federasiyasının prezidenti, FİDE-nin vitse-prezidenti Mahir Məmmədov təmsil edib.

Püşkə əsasən, Azərbaycan şahmatçısı Teymur Rəcəbova dörd rəqəmi qismət olub. Şahmatçımız ilk turda ağ fiqurlarla Fransa təmsilçisi Alireza Firuzcaya qarşı oynayacaq.

Xatırladaq ki, iddiaçılar turniri iyunun 16-dan iyulun 7-dək İspaniyanın paytaxtı Madriddə təşkil olunacaq. Yarışda səkkiz güclü şahmatçı sırasında təmsilçimiz Teymur Rəcəbov da mübarizə aparacaq. Turnirin qalibi şahmat tacı uğrunda görüşdə dünya çempionu Maqnus Karlsenlə qarşılaşacaq.

Xəbər 260 dəfə oxundu.