AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək
Aprelin 29-da Bakı Olimpiya Stadionunda AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

Saat 13:00-da başlayacaq iclasın gündəliyində Birinci Divizionda çıxış edən komandalarla bağlı legioner limiti, Azərbaycan çempionatında əvəzetmə sayının artırılması, AFFA-nın Yoxlama və Təftiş Komitəsi fəaliyyətinə dair müzakirələrin aparılması və digər məsələlər yer alacaq.

Xəbər 251 dəfə oxundu.