Buxarestdə yeniyetmə cüdoçular arasında Avropa kuboku yarışı keçiriləcək
Mayın 7-8-də Rumıniyanın paytaxtı Buxarestdə yeniyetmə cüdoçular arasında Avropa kuboku yarışı keçiriləcək.

Turnirdə Azərbaycan komandası da təmsil olunacaq. Oğlanlar arasında yarışda 16 cüdoçumuzun iştirakı planlaşdırılır. Onların arasında bu il Strasburq və Fuengirolada keçirilmiş Avropa kuboku yarışlarında uğurla çıxış edərək mükafata layiq yer tutmuş cüdoçulardan Məhəmməd Məmişov, Xalid Məmmədov (50 kq), Məhəmməd Musayev (55 kq), Əbil Yusubov (66 kq), Əli Hacızadə, Nahid Tarquliyev (73 kq) və başqaları yer alıb. Qızların turnirində isə dörd cüdoçumuzun çıxışı nəzərdə tutulub.

Yarışda iştirak etmək üçün indiyədək 24 ölkədən 300-dən çox cüdoçu qeydiyyatdan keçib.

Xəbər 274 dəfə oxundu.