Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində taekvondo üzrə Bakı şəhər açıq birinciliyi keçiriləcək
Mayın 9-10-da Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində taekvondo üzrə Bakı şəhər açıq birinciliyi keçiriləcək.

Turnir ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunur.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Taekvondo Federasiyası tərəfindən təşkil olunacaq şəhər birinciliyində uşaq, yeniyetmə və gənc taekvondoçular mübarizə aparacaq.

Xəbər 568 dəfə oxundu.