Şahmatçımız Vasif Durarbəyli “Kapablanka memorialı”nın son turunda mübarizə aparacaq
Kubanın paytaxtı Havanada 55-ci dəfə təşkil edilən şahmat üzrə ənənəvi “Kapablanka memorialı”nda son turun oyunları keçiriləcək.

Yarışın əsas turnirində iştirak edən qrosmeysterimiz Vasif Durarbəyli doqquzuncu turda hindistanlı Surya Şexar Ganguli ilə mübarizə aparacaq. Ötən səkkiz turun nəticəsinə görə, şahmatçımız 4,5 xalla dördüncü yeri tutur.

Qeyd edək ki, turnirdə Kuba və Azərbaycanla yanaşı, ABŞ, Argentina, Hindistan və Türkiyədən 10 şahmatçı iştirak edir.

Xəbər 238 dəfə oxundu.