UEFA Konfrans Liqası: “Roma” səfərdə “Lester Siti”nin qonağı olacaq
Aprelin 28-də UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək.

Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Turnirin pley-off mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdıran Fransanın “Marsel” klubu Niderlandda “Feyenoord” ilə üz-üzə gələcək. Gecənin digər matçında İtaliyanın “Roma” klubu İngiltərədə “Lester Siti”in qonağı olacaq.

Qeyd edək ki, turnirin final görüşü mayın 25-də Albaniyanın paytaxtı Tiranada oynanılacaq.

Xəbər 262 dəfə oxundu.