“Göztəpə” klubu baş məşqçisi Stepan Tomas ilə yollarını ayırıb
Türkiyənin “Göztəpə” futbol klubu baş məşqçisi Stepan Tomas ilə yollarını ayırıb.

Bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Qırx altı yaşlı xorvatiyalı mütəxəssislə yanaşı, köməkçiləri də istefaya göndərilib. Klub baş məşqçiyə xidmətlərinə görə təşəkkür edib və uğurlar arzulayıb.

S.Tomas bu ilin martında "Göztəpə"yə baş məşqçi təyin olunmuşdu. Lakin o, komandanı elitada saxlamağı bacarmayıb. İzmir təmsilçisi bu məşqçinin rəhbərliyi altında meydana çıxdığı 6 oyunda cəmi 1 xal toplaya bilib.

Xəbər 256 dəfə oxundu.