İtaliya klubu baş məşqçisini istefaya göndərib
İtaliyanın “Venetsiya” klubu baş məşqçisi Paolo Zanettinini istefaya göndərib.

A seriyası təmsilçisi bu barədə məlumatı rəsmi saytı vasitəsilə yayıb.

Bu qərarın səbəbi komandanın uğursuz çıxış etməsidir. Təsadüfi deyil ki, “Venetsiya” fevralın 20-dən bəri keçirdiyi matçlarda xal üzünə həsrət qalıb. Komanda son 8 görüşün hamısında uduzub. Mövsümün sonunadək komandaya klubun əvəzedici heyətinin çalışdırıcısı Andrea Sonçin rəhbərlik edəcək.

Qeyd edək ki, “Venetsiya” 1999/2000-ci il mövsümündən bəri ilk dəfə Paolo Zanettinin rəhbərliyi altında A seriyasında çıxış edib. Komanda hazırda 22 xalla sonuncu pillədə qərarlaşıb.

Xəbər 252 dəfə oxundu.