Badmintonçularımız İspaniyada keçirilən Avropa çempionatında çıxış ediblər
Azərbaycan badmintonçuları Edi Reski Dviçayo-Ezmi Qovimuramadhoni tandemi İspaniyanın paytaxtı Madriddə keçirilən Avropa çempionatında ilk qələbəsini qazanıb.

Badmintonçularımız kişilərin qoşa yarışında Covanni Qreko-Kevin Strobl (İtaliya) cütünə 2:0 (21-13,21-16) hesabı ilə qalib gələrək səkkizdəbir finala yüksəlib. Edi-Ezmi tandemi bu mərhələdə İngiltərə təmsilçiləri Ben Leyn-Şon Vendi qoşası ilə qarşılaşıb. Gərgin keçən görüş üç set davam edib. Edi-Ezmi qoşası ilk setdə rəqibinə 22:20 hesabı ilə qalib gəlsə də, növbəti iki setdə uduzub (17-21,10-21).

Kişi badmintonçuların şəxsi yarışında onaltıdabir finalda İrlandiya təmsilçisi Nhat Nguyenlə qarşılaşan Edi isə rəqibinə 0:2 (10-21,14-21) hesabı ilə məğlub olub.


Xəbər 333 dəfə oxundu.