Azərbaycan millisinin qapıçısının Rusiya Super Liqasında debüt edəcəyi tarix müəyyənləşib
Martda Rusiyanın "Torpedo" klubuna transfer olunan futzal üzrə Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynlinin debüt edəcəyi tarix müəyyənləşib.

Qolkiper aprelin 28-də Suepr Liqanin pley-off mərhələsi çərçivəsində "Qazprom-Yuqra" ilə keçiriləcək matçda komandasına kömək edəcək.

O, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlamasında məlumat verib: “Artıq bütün sənədləşmə işləri tamamlanıb. Baş məşqçi aprelin 28-də debüt edəcəyimi bildirdi. Düzdür, pley-offda ilk oyununuz bu gündür, amma legioner limitinə görə bu görüşdə iştirak edə bilməyəcəm”.

Xəbər 250 dəfə oxundu.